...

Anar Niftəliyev: "Hacıbaba Əzimov VHP-ni ittihamlamaqla gündəmdə qalmaq istəyir"

Siyasət Materials 1 Dekabr 2005 17:35 (UTC +04:00)

"Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ünvanına ittihamlar söyləməklə gündəmdə qalmaq istəyir".

Bu barədə Trend ə VHP-nin mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

Qeyd edək ki, VAMBP sədri VHP-ni Demokratik Azərbaycan Blokunun (DAB) dağılmasında ittihamlayıb. H.Əzimov qeyd edib ki, VHP blokun seçkidən öncə fəaliyyətinə ciddi zərbə vurub.

A.Niftəliyev isə bildirib ki, H.Əzimovun fəaliyyəti blokda hiss olunmurdu: "Onun partiyasının nümayəndəsi belə blokun işçi qrupunda yox idi. Sonradan başa düşdük ki, VAMBP-də ondan başqa heç kim yoxdur".

A.Niftəliyev onu da qeyd edib ki, Hacıbaba Əzimov 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini verməklə blokun qərarına hörmətsizlik edib: "Blokun qərarına əsasən, həmin dairədən VHP üzvü Arif İsmayılov namizədliyini vermişdi. Ancaq Hacıbaba müəllim bunu billə-bilə namizədliyini həmin dairədən verdi".

Xəbər lenti

Xəbər lenti