Dekabrın 8-də Bakıda Azərbaycanın yerli hakimiyyət orqanları Milli assosiasiyasının yaradılması üzrə ilk rəhbər layihə qrupunun iclası başlayacaq. Bu barədə Trend AŞPA-nın Strasburqdakı katibliyinə istinadən bildirir.
Məlumata əsasən, ikigünlük iclas çərçivəsində üzvlər tərəfindən Azərbaycanda yerli hakimiyyət orqanlarının qayda və proseduraları, eləcə də qrupun 2006-cı ildə keçirilməsi planlaşdırılan növbəti görüşünün cədvəli işlənib-hazırlanacaq.