...

Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Planı görmə qabiliyyətini itirmiş və zəif olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına çıxışı layihəsini həyata reallaşdırır

Siyasət Materials 9 Dekabr 2005 17:15 (UTC +04:00)
Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Planı görmə qabiliyyətini itirmiş və zəif olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına çıxışı layihəsini həyata reallaşdırır

Dekabrın 9-da Bakıda "Görmə qabiliyyətini itirmiş və zəif olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına çıxışının təmin olunması haqqında" layihə sənədi imzalanıb. Trend in xəbər verdiyi kimi, əməkdaşlıq haqqında layihə sənədi və sazişi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti tərəfindən imzalanıb.

Layihə Azərbaycan hökumətinin Minilliyin bəyannaməsi çərçivəsində götürdüuyü öhdəliklər üzrə hazırlanıb. Layihə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə bu kateqoriyaya daxil olan şəxslərin İKT-yə ehtiyacları müəyyən ediləcək. Həmçinin, onlar üçün rəqəmsal müxtəlifliyin aradan qaldırılması üzrə Milli Strategiya hazırlanacaq. Bu məqsədlə sorğuların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və zəruri avadanlıqların əldə olunması planlaşdırılır.

İkinci mərhələdə internat-məktəblərdə İKT-nin model dərəcəsinin, üçüncü mərhələdə isə tədris mərkəzi və kitabxananın yaradılması nəzərdə tutulur. 418 min dollara başa gələcək layihənin 8 ay ərzində həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti