...

Yaqub Məmmədov: Seçki komissiyaları dəyişməyəcəksə, təkrar seçkidə iştirak etməyin mənası yoxdur

Siyasət Materials 10 Dekabr 2005 13:57 (UTC +04:00)

"Təkrar parlament seçkilərini yenə həmin seçki komissiyaları keçirəcəksə və komissiyaların tərkibi dəyişməyəcəksə, onda bu seçkidə iştirak etməyin mənası yoxdur". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun təsisçilərindən biri, Koordinasiya Şurasının üzvü Yaqub Məmmədov bildirib.

O qeyd edib ki, "Yeni Siyasət" blokunun Koordinasiya Şurasında mayın 13-də keçiriləcək təkrar parlament seçkiləri məsələsi müzakirəyə çıxarılacaq, müvafiq qərar qəbul ediləcək. Blok üzvlərinin bu seçkidə iştirak edib-etməməsi də bu qərardan asılı olacaq.

"Şəxsən mən özüm təkrar seçkidə iştirak etməyə bilərəm. Çünki 6 noyabr seçkisində mən qalib gəlmişdim, lakin qazandığım mandat mənə verilmədi. İkinci dəfə də bu proses təkrarlanacaqsa, seçkidə iştirak etməyin nə əhəmiyyəti var? Bu, mənim fikrimdir, amma istənilən halda son qərarı blokun Koordinasiya Şurası verəcək", - deyə Yaqub Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti