...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 12 Dekabr 2005 14:02 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (dekabrın 5-9-da) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) növündən olan neftin bir bareli $51,13təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (28 noyabr -2 dekabr) olan orta qiymətdən bir barel üçün $2,90 çoxdur.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $52,05 (9 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün dekabrın 9-da təyin edilmiş qiymətdən $2,27 çoxdur.

Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $50,41 (7 dekabr) təşkil edib ki, bu da bu sortddan olan neft üçün noyabrın 30-da müəyyən edilmiş bundan qabaqkı həftədəki minimal qiymətdən $2,91 çoxdur.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $56,18 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $2,51 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $57,37 (9 dekabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sort üçün müəyyən edilən son hədd qiymətdən $2,22 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $55,45 (7 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün dekabrın 2-də müəyyən edilmiş qiymətdən $2,22 çoxdur.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $5,05 ucuz satılıb ki, bu da 28 noyabr - 2 dekabr orta göstəricisindən $0,39 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti