"Ana Vətən Partiyası (AVP) əlavə seçkilərdə iştirak etmək məsələsini hələ müzakirə edir". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
AVP sədri onu da əlavə edib ki, sözügedən məsələ partiyanın Siyasi Şurasında müzakirə edilməlidir: "Siyasi Şuranın bu məsələ ilə bağlı qərarı olarsa, buna hörmətlə yanaşıb əlavə seçkilərə qatılacağıq".
Millət vəkili müxalifətin əlavə seçkiləri boykot etməsinə də münasibətini bildirib: "Müxalifət öz gücünə, qüvvəsinə etibar edirsə, seçkilərdə iştirak etməlidir".