...

Ukrayna diplomatı An-140-100 təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə bəyanatları vaxtından əvvəl hesab edir

Siyasət Materials 26 Dekabr 2005 17:26 (UTC +04:00)

"Mən qəti şəkildə An-140-100 təyyarəsinin nasazlıqlarla bağlı qəzaya uğramasının mümkünlüyü barədə bəyanatların əleyhinəyəm və belə bəyanatları tələsik hesab edirəm", -deyə Ukraynanın Azərbaycanda müvəqqəti işlər müvəkkili İqor Kizima Trend ə eksklyuziv bəyan edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qəzanın səbəblərinin araşdıran birgə komissiya çalışır və onun tərkibinə Ukraynadan aralarında Xarkov təyyarə hissələri, o cümlədən , mühərriklərin hazırlayan istehsalçılar, konstruktorlar, eləcə də AZAL və Beynəolxalq Aviasiya Komitəsinin üzvlərinin də daxil olduğu 20-yə yaxın ekspert daxildir. "Bu çox səlahiyyətli komissiyadır və onun üzvlərindən heç biri qəzanın mümkün səbəbləri barədə təklif irəli sürmək məsuliyyətini irəli sürməz", -deyə diplomat bildirib.

Komissiyanın işindən danışan İ.Kizima qeyd edib ki, onların işinin hələlik nə qədər vaxt aparacağı və onların hansı nəticələr əldə edəcəkləri aydın deyil. Onun sözlərinə görə, artıq Ukrayna və Azərpbaycan ekspertlərinin və Beynəlxalq Aviasiya Komitəsinin Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə ilk iclas keçirilib. İclasda gələcək fəaliyyət planı müəyyən edilib. Komissiya qarşısında ekipajın hazırlığı, sərnişinlərin şəxsiyyəti, göyərtədə olan yüklərin öyrənilməsi, iqlim şəraiti də daxil olmaqla çox böyük iş durur. Diplomat həmçinin, göyərtədə qanunsuz partlayış təhlükəli əşyaların olması mümkünlüyünü də istisna etməyib.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycanda Heydər Əliyev adına beynəlxalq hava limanının uçuş zolağından yerli vaxtla saat 22.27-də Xarkov zavodunda istehsal olunan An-140-100 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 23 nəfər həlak olub. Təyyarə Azerbaijan Hava Yollari ("AZAL") Dövlət Konserninə məxsus idi və "Bakı-Aktau (Qazaxıstan)" marşrutu üzrə reysi həyata keçirirdi.

Xəbər lenti

Xəbər lenti