...

Parlamentdə 14 qanun layihəsi qəbul edilib

Siyasət Materials 30 Dekabr 2005 15:00 (UTC +04:00)

Milli Məclisin dekabrın 30-da keçirilmiş növbəti iclasında 14 məsələ müzakirəyə çıxarılaraq qəbul edilib. Trend xəbər verir ki, ilk məsələ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisinin müraciətinin təsdiq edilməsi ilə bağlı olub. Daha sonra "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu müzakirə edilib. Hüquqi siyasət və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bu məsələ ilə bağlı çıxış edərək bildirib ki, Naxçıvanda ombudsman aparatı formalaşdırılımalıdır. Millət vəkilləri bu təklifi dəstəklədikdən sonra sənəd qəbul edilib. Qəbul edilən sənədlər arasında ən çox müzakirə obyekti "Azərbaycan hökuməti və Kanada hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun protokolunun təsdiq edilməsi məsələsi olub. Bu məsələ ilə bağlı çıxış edən beynəlxalq əlaqələr komissi
asının sədri Səməd Seyidov bildirib ki, bu məsələ mart ayında parlamentin müzakirəsinə verilmişdir. "Ancaq sənəd həmin vaxtda qəbul edilmədi, çünki Kanadanın "Beril Xil" şirkəti Xəzərin Azərbaycana aid hissəsində Türkmənistanla birgə neft istismar edirdi. Bundan başqa, Kanadanın digər şirkəti "Fterled qold Ltd" şirkəti isə Kəlbəcərdə qızıl yataqlarına sərmayə qoymuşdur. Lakin indi Azərbaycan dövlətinin Kanadaya etirazından sonra, Kanada dövləti bildirib ki, bu şirkətlərin onlara heç bir aidiyyəti yoxdur və beynəlxalq məhkəmələrdə onları dəstəkləməyəcək". Millət vəkilləri uzun sürən müzakilrələrdən sonra bu sənədi qəbul edib.

Digər qəbul edilən sənədlər arasında isə "Polis haqqında" və "İnsan alverinə qarşı mübarizə haqqında" qanun layihələri də müzakirə obyektinə çevrilib. Müzakirələr nəticəsində 14 qanun layihəsi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti