...

AŞPA Bürosu Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələləri müzakirə edəcək

Siyasət Materials 7 Yanvar 2006 11:37 (UTC +04:00)

Yanvarın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçiriləcək və burada xüsusilə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələlər müzakirə ediləcək. Bu barədə Trend AŞ-nin Strasburqdakı katibliyinə istinadən bildirir.

Müzakirələrin yekunları AŞPA-nın yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək qış sessiyasında baxılmaq üçün təqdim ediləcək. Eyni zamanda Büronun gündəliyinə Slovakiya və Latviya ilə dialoqun gedişinə nəzarət, habelə Fələstin və Belorusda keçiriləcək parlament seçkiləri kimi məsələlər daxildir.

İclasda Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti