...

Azərenerji Səhmdar Cəmiyyətində Paylayıcı Şəbəkələrlə İş üzrə İdarə yaradılır

Siyasət Materials 12 Yanvar 2006 17:17 (UTC +04:00)
Azərenerji Səhmdar Cəmiyyətində Paylayıcı Şəbəkələrlə İş üzrə İdarə yaradılır

Bayva -nın "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarə olunması üzərində hüquqlarıvnın ləğv edilməsinin təmin edilməsi və hər iki SC-in Azərenerji SC-nin tərkibinə verilməsi barədə Azərbaycan prezidentinin sərəncamı ilə əlaqədar olaraq, ölkənin əsas milli enerji idarəsində onun səmərəli idarə olunması, şəhər və rayonların enerji təminatının yaxşılaşdırılması, enerji haqlarının tam ödənilməsi üzrə tədbirlər hazırlanır. Trend in məlumatına görə, bu barədə Azərenerji SC-nin mətbuat xidmətinin yaydığı press-relizdə bildiriliri.

SC-in vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, ilk növbədə paylayıcı şəbəkələrlə iş üzrə idarə yaradılacaq və onun funksiyalarına "Gəncəelektrikşəbəkə" və "Əlibayramlışəbəkə" SC-nin idarə edilməsi səlahiyyətlərindən imtina edən Bayva -nın səlahiyyətlərinin "qəbulu " ilə bağlı hüquqi və maliyyə aspektlərininn nizamlanması da daxil olacaq.

Ehtimallara görə, SC-də yeni idarə bu şəbəkələrin işini əlaqələndirəcək və onların işinə nəzarət edəcək, uçot həyata keçirəcək. Lakin M.Əsgərovun sözlərinə görə, enerji idarəsində belə strukturun quruluşu, funksiyaları və səlahiyyətləri hələ təsdiq edilməyib. Bu istiqamətdə hökumətlə müvafiq nazirliklər səviyyəsində razılaşmalar aparılır.

Onun sözlərinə görə, Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin operatoru) şirkətində də mürəkkəb vəziyyət yaranıb. "Şirkət tərəfindən müqavilə öhdəlikləri kobud şəkildə pozulur. Bu şirkət "Bakıelektrikşəbəkə" üzrə Azərenerji SC-dən alınan enerji haqqının ödənməsi üzrə lazımi səviyyəyə qalxmaq iqtidarında deyil. Müqavilənin digər bəndləri üzrə də cidid pozuntular mövcuddur" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti