...

İranın Bakıdakı səfirliyinin mətbuat katibi dəyişdirilib

Siyasət Materials 13 Yanvar 2006 16:20 (UTC +04:00)

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi dəyişdirilib. Trend in məlumatına görə, Lütfəli Əzimzadənin səfirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində 3 illik diplomatik qulluğu başa çatıb və yaxın vaxtlarda o, vətənə qayıdacaq. Bu vəzifədə yaxın 3 il müddətində Məcid Feyzullahi işləyib.

Yanvarın 13-də bu səbəblə bağlı keçirilən xüsusi mərasimdə İranın Azərbaycandakı səfiri Əfşar Suleymani L.Əzimzadənin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu müddət ərzində Əzimzadə Azərbaycanın KİV nümayəndələri ilə sıx əlaqələr yaratmağa və məhsuldar iş aparmağa nail olub.

Səfir yeni mətbuat katibinə uğurlar arzu edib və İranla Azərbaycan arasında əməkdaşlığını gələcək inkişafına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti