...

Müxalifətçi gənclərin ikinci forumu keçirilib

Siyasət Materials 13 Yanvar 2006 17:56 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında yanvarın 13-də müxalifətçi gənclərin ikinci forumu keçirilib. Trend xəbər verir ki, forumda "Azadlıq" blokunun liderləri də iştirak ediblər.

Forumda gənclərin üzləşdiyi problemlər barədə çıxışlar dinlənilib. "Yeni Fikir" hərəkatının koordinatoru Səid Nuriyev, "Məqam" hərəkatının koordinatoru Asiə Əliyev, "Dalğa" hərəkatının sədri Ramin Hacıyev, "Çağrı" hərəkatının koordinatoru Rasim İlyasov, Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyası və Müsavat Partiyasının Gənclər Təşkilatlarının rəhbərləri çıxışlarında ali məktəblərdən xaric edildiklərinə görə aclıq aksiyasına qoşulan tələbələrə dəstək durduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti