...

Vəhdət Partiyası iqtidarla dialoq apara bilər

Siyasət Materials 24 Yanvar 2006 12:11 (UTC +04:00)

"Avropa Şurası Azərbaycanla bağlı ədalətli qərar qəbul edərsə, müxalifətin bir hisəssi parlamentin iclaslarına qatılarsa Vəhdət Partiyası iqtidarla bir masa arxasında əyləşəcək". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.

T.Kərimli onu da qeyd edib ki, onlar hər hansı bir partiyanın iqtidarla dialoq aparmasını gözləməyə borclu deyillər: "Hələ hadisələri kənardan müşahidə edirik. Lazım gələrsə biz özümüz iqtidarla dialoq aparacağıq". Partiya sədri onu da vurğulayıb ki, iqtidarla aparacaqları danışıqların əsasını milli maraqları əks etdirən məsələlər təşkil edəcək: "Bizi narahat edən məsələləri qaldıracağıq, əlavə təkliflərimiz də ola bilər".

T.Kərimli onu da bildirib ki, Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində hakimiyyətlə bir yerdə olmağa hazırdırlar.

Xəbər lenti

Xəbər lenti