Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 1-də Prezident sarayında ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Trend xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinin hazırki vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.