...

"Dəyərlər" Vətəndaş İttifaqı "İslamafobiyaya yox!" şüarı ilə yürüş-mitinq keçirəcək

Siyasət Materials 6 Fevral 2006 16:46 (UTC +04:00)

"Dəyərlər" Vətəndaş İttifaqı adlı qurumun təşkilatçılığı ilə fevralın 11-də "İslamafobiyaya yox!" şüarı ilə yürüş-mitinq keçiriləcək. Bu barədə Trend ə qurumun təsisçilərindən biri, Cümə məscidinin imam camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə mərkəzinin sədri İlqar İbrahimoğlu məlumat verib.

O, bildirib ki, özündə 30-a yaxın dini təşkilatı birləşdirən "Dəyərlər" Vətəndaş İttifaqının fevralın 6-da toplantısı keçirilib, son zamanlar İslam dininə, Məhəmməd peyğəmbərə qarşı yönəlmiş təhqiramis hərəkətlər barədə müzakirələr aparılıb. bu hadisələr etiraz olaraq Bakıda kütləvi aksiya keçirilməsi qərara alınıb. Bu məqsədlə fevralın 6-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Məktubda fevralın 11-də saat 15.00-dan 16.00-dək metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" kinoteatrının qarşısınadək yürüş, 16.00-dan 16.30-dək isə orada mitinq keçirilməsi üçün izacə istənilir.

Əsasən "İslamafobiyaya yox!" şüarı altında keçiriləcək yürüş-mitinqdə bəzi Qərb dövlətlərində islam dininə qarşı aparılan və islami mənəvi dəyərləri təhqir edən kampaniyalara etiraz nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti