...

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna gedəcək

Siyasət Materials 7 Fevral 2006 18:38 (UTC +04:00)

Fevralın 8-də Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna gedəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, səfər zamanı azərbaycanlı parlamentarilər həmin rayonda yaşayan azərbaycanlılarla görüşəcək, onların problemlərini öyrənəcək, vəziyyətlə tanış olacaq.

E.Poluxov qeyd edib ki, səfər bu gün Tiflisdə Corc Marşal Mərkəzi və Gürcüstan parlamentinin "Əməkdaşlıq üzrə islahatlar və strategiyalar" mövzusunda birgə təşkil etdiyi konfransda parlament nümayəndə heyətinin iştirakı çərçivəsində baş tutacaq. Konfransda Milli Məclisin vitse-spikeri Z.Əsgərov çıxış edib və iştirakçılara erməni təcavüzündən sonra Azərbaycanda yaranmış vəziyyət barədə məlumat verib, Azərbaycanın öz doğma yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlərinin vəziyyəti barədə ətraflı danışıb, Azərbaycanın ölkədə və regionda təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı mövqeyini izah edib.

Konfransda milli təhlükəsizlik siyasətində parlamentin iştirakı, silahlı qüvvələrə nəzarət, demokratik islahatlar kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti