Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da Ə.Əliyev adına Azərbaycan Dövlət Müəllimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif olunması barədə sərəncam imzalayıb. Trend in verdiyi xəbərə görə, institutun 8 işçisi medalla təltif olunub.
Dövlət başçısı həmçinin, institutun əməkdaşlarının fəxri adlar verilməsi barədə də sərəncam imzalayıb. Belə ki, iki əməkdaş "Əməkdar elm xadimi", 3 nəfər "Əməkdar həkim", 2 nəfər "Əməkdar müəllim" fəxri adına layiq görülüb.