...

Mərkəzi Seçki Komissiyası ölkə üzrə 12 dairə seçki komissiyasının tərkibini formalaşdırdı

Siyasət Materials 22 Fevral 2006 17:49 (UTC +04:00)

Fevralın 22-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-nın 7 və 10 fevral 2006-cı il tarixli iclas protokolları təsdiq edilib, ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibi formalaşdırılıb.

MSK sədrinin müavini Svetlana Qasımova, MSK-nın katibi Natiq Məmmədov, komissiya üzvləri Rövşən İsmayılov və Tamam Cəfərovanın təqdimatı əsasında ölkə üzrə 12 seçki dairəsinin dairə seçki komissiyalarının tərkibi formalaşdırılıb. 17, 20, 30, 45, 51, 54, 59, 78, 85, 86, 97 və 116 saylı seçki dairələrinin hər birinin tərkibinə 7 nəfər üzv seçilib. Onların üçü hakim partiyanın, ikisi bitərəflərin, ikisi də parlamentdə azlıqda qalan siyasi partiyaların nümayəndələridir. Beləliklə, ölkə üzrə 22 seçki dairəsinin 7 nəfərlik yeni tərkibi formalaşdırılıb.

Sonda MSK-ya daxil olmuş müraciətlər barədə komissiyanın üzvü İlham Məmmədov məlumat verib.

Xəbər lenti

Xəbər lenti