...

Azərbaycanın XİN rəhbəri BMT-nin din və əqidə azadlığı üzrə xüsusi məruzəçisinin qəbul edib

Siyasət Materials 27 Fevral 2006 18:23 (UTC +04:00)

Fevralın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi xanım Esma Cahangiri qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə E.Məmmədyarov BMT-nin xüsusi məruzəçisinin diqqətinə Azərbaycanda vicdan və əqidə azadlığı, dini tolerantlıq, müxtəlif dini icmaların nümayənedələrinin birgə yaşamasını çatdırıb.

Dünyada dinin hələ də siyasiləşməsi probleminin mövcudluğunu qeyd edəe E.Cahangir Azərbaycandakı vəziyyətlə maraqlanıb. Bu və ya digər ölkəyə yalnız həmin ölkənin rəhbərlərinin djəvəti ilə səfər edən xüsusi məruzəçinin sözlərinə görə, regionun bir sıra ölkələri onu hələ də öz ölkələrinə dəvət etməyiblər. Xanım Cahangir Azərbaycanda tolerantlığın mövcudluğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti