...

Əli Əliyev: "Azadlıq" siyasi blokunun növbəti iclası martın 7-də keçiriləcək

Siyasət Materials 2 Mart 2006 14:23 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun Sədrlər Şurasının martın 7-də növbəti iclası keçiriləcək. Bu barədə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, toplantı Azərbaycan Demokrat Partiyasının qərargahında keçiriləcək. Sədrlər Şurasının bu dəfəki iclasına AMİP-in təşkilatçılıq edəcəyini deyən Ə.Əliyev bildirib: "İclasda blokun məclisinin formalaşdırılması ilə bağlı partiya liderləri tərəfindən verilən təkliflərin nəticəsi müzakirə olunacaq. Məclisə sədrlik isə rotasiya üsulu ilə həyata keçiriləcək. Məclisin iclaslarına bloka daxil olan partiya liderləri növbəli şəkildə sədrlik edəcəklər".

AMİP sədri onu da bildirib ki, yalnız Sədrlər Şurasının ümumi razılığı əsasında bloka digər partiyalar daxil ola bilər: "Ancaq bu o demək deyil ki, biz heç bir siyasi qüvvə ilə əməkdaşlıq etmirik. Düzdür, bu əməkdaşlıq blok şəklində olmasa da, ayrı-ayrılıqda partiyalarla əməkdaşlığımızı qüvvədə saxlayırıq".

Xəbər lenti

Xəbər lenti