...

Aprel ayında Polşa senatının sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Mart 2006 18:40 (UTC +04:00)

Polşa senatının (parlament) Ali Palatasının sədri Boqdan Boruseviç aprelin 6-7-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyində bildirilib.

Səfər Polşa Senatı sədrinin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində həyata keçiriləcək. Hazırda qarşıdakı səfərin proqramı dəqiqləşdirilir. Səfər proqramına Azərbaycan Milli Məclisinin (parlament) sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də prezident İlham Əliyevlə görüşlər daxildir.

Tərəflərin hökumətlərarası münasibətlərin perspektivləri, eləcə də Azərbaycanla Polşa arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti