...

Fazil Məmmədov: Azərbaycanın vergi xidməti MDB və Şərqi Avropada ən müasir informasiya texnologiyalarına malik olacaq

Siyasət Materials 17 Mart 2006 14:11 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi martın 17-də 2006-cı ildə vergi sistemində tətbiq olunacaq ölkə hökumətinin üzvləri üçün AIIS layihəsinin (avtomatlaşdırılmış vergi informasiya sistemi) təqdimat mərasimini keçirib. Trend in məlumatına görə, təqdimat mərasimində ölkənin baş naziri Artur Rəsizadə, iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov, nazirlər və digər dövlət strukturlarının rəhbərləri iştirak edib.

Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, AIIS layihəsinin reallaşdarılmağa başlaması 2003-12-ci illərdə kommunikasiya və informasiya texnologiyaları üzrə milli strategiyanın təsdiqindən sonra reallaşdırılmağa başlayıb.

"Son illər ərzində vergi sisteminin təkmilləşdirilməsinin uğurlarından biri AIIS layihəsinin həyata keçirilməsidir", - deyə o göstərib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində ölkənin vergi sistemi təkcə MDB məkanında deyil, eləcə də Şərqi Avropada ən müasir texnologiyalara malik olacaq.

Vergilər nazirinin müavini Natiq Əmirov layihəni təqdim edərək lüzumsuz kağızlarla bağlı süründürməçiliklərin kənarlaşdırımasından, elektron daşıyıcılara keçiddən, digər dövlət strukturlarına inteqrasiya nəticəsində informasiya mübadiləsinin təkmilləşdirilməsindən, eləcə də vergi orqanları ilə vergiödəyiciləri arasında elektron əlaqə yaradan AIIS -in üstünlüklərindən danışıb.

Xəbər lenti

Xəbər lenti