...

Əbülfəz Qarayev: Qarşıdakı beş ildə Azərbaycan turizm üzrə beynəlxalq səviyyəyə çıxacaq

Siyasət Materials 17 Mart 2006 18:27 (UTC +04:00)
Əbülfəz Qarayev: Qarşıdakı beş ildə Azərbaycan turizm üzrə beynəlxalq səviyyəyə çıxacaq

Qarşıdakı beş ildə Azərbaycan turizm sahəsində beynəlxalq səviyyəyə çıxacaq. Trend in məlumatına görə, bu barədə martın 17-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda turizmin inkişaf strategiyası ilə bağlı baş planın təqdimat mərasimində bəyan edib.

Onun sözlərinə görə, baş plan nazirliklə ABŞ Dövlət Departamentinin ticarətin inkişafı üzrə Agentliyi arasında imzalanan müqavilə əsasında hazırlanıb.

Layihənin reallaşdırılmasının maliyyələşdirilməsini Agentlik həyata keçirir. Baş plan 2004-cü ilin sonlarında keçirilən tenderin qalibi "Kaspian İnvest Qpup" şirkəti tərəfindən hazırlanıb.

Nazirin sözlərinə görə, baş plan Azərbaycanda turizmin inkişafı Dövlət Proqramına daxil ediləcək ki, bu proqram hazırda hazırlanma mərhələsindədir və daha sonra təsdiq olunmaq üçün prezidentə təqdim ediləcək. Nazirin sözlərinə görə, biz baş planın uğurla reallaşdırılacağına ümid edirik. Onun fikrincə, bu, həmin sahənin fəaliyyətinin dünya standartları səviyyəsinə qaldırmağa imkan verəcək. Artıq növbəti beş ildə Azərbaycanda turizm beynəlxalq səviyyəyə çatacaq. Ə.Qarayev ABŞ hökuməti ekspertlərinin tövsiyələrinin də daxil edildiyi sənədi yüksək qiymətləndirib.

Təqdimat mərasimində çıxış edən ABŞ Dövlət Departamentinin ticarətin inkişafı üzrə Agentliyin nümayəndəsi Devid Eyzenberq, "Kaspian İnvest" şirkətinin başçısı Qalib Məmməd və digərləri baş planın böyük əhəmiyyətini qeyd edib, onun reallaşdırılmasının Azərbaycanda bu sahənin inkişafına, eləcə də yoxsulluğun səviyyəsinin azalacağlına böyük yardım göstərəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti