Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberqin Bakıya səfəri başlayıb. Komitənin Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, səfər Azərbaycan hökumətinin dəvəti üzrə həyata keçirilir.
Səfərin proqramına ölkə hökumətinin rəsmi şəxsləri ilə görüşlər daxildir. Danışıqlarda Dağlıq Qarabağ, abxaz və osetin münaqişələri nəticəsində əsir düşənlərin saxlandığı şəraitlə bağlı məsələlər müzakirə olunacaq. BQXK-nin prezidenti komitə tərəfindən həyata keçirilən layihələrin reallaşdırılmasının gedişi ilə tanış olacaq. O, həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri ilə də görüşmək niyyətindədir.
Aprelin 3 -də Y.Kellenberqi Azərbaycanın xarici işlər nazirinin müavini
Mahmud Məmmədquliyev qəbul edəcək.
Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində həyata keçirilir.