...

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Siyasət Materials 5 Aprel 2006 18:48 (UTC +04:00)
NATO-nun  xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons aprelin 10-13-də Azərbaycana səfər edəcək. Bu barədə Trend ə R.Simmonsun ofisindən məlumat verilib.

Səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlar aparmaq niyyətindədir. NATO ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı məsələləri və Fərdi Əməkdaşlığın Fəaliyyət Planı üzrə son öhdəliklərin yerinə yetirləməsi müzakirə olunacaq.

R.Simmonsun səfəri regional xarakter daşımayacaq.

R.Simmons bu vəzifəyə 2004-cü ilin sentyabrında təyin edilib. O, enyi zamanda NATO-nun siyasət və təhlükəsizlik departamenti rəhbərinin müavini vəzifəsini də icra edir.

Sonuncu dəfə o, Bakıya 2005-ci ilin noyabrında səfər edib.

Xəbər lenti

Xəbər lenti