Büdcədən Azərbaycan silahlı qüvvələrinə ayrlan vəsait 170 milyon dollardan 600 milyron dollara çatıb. Trend xəbər verir ki, bu sözləri aprelin 6-da mətbuat konfransı keçiən AR-nın hərbi prokuroru Xanlar Vəliyev söyləyib.
X.Vəliyev bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin silahlı qüvvələlərə göstərdiyi daimi diqqət və qayğının nəticəsidir ki, bu sahədə büdcədən maliyyələşdirmə getdikcə artırılır. "Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların və digər hərbi qurumların zabitlərinin, o cümlədən bütün şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində əhəmiyyətli işlər görülüb.Yeni əsgər yataqxanaları, tibb müəssisələri, o cümlədən Müdafiə Nazirliyinin Mərkəzi hərbi klinik qospitalı yenidən tikilərək ən müasir tipli avadanlıqlara təchiz olunub. Daxili qoşunların və Dölət sərhəd xidmətinin hərbi qospitalları təmir olunaraq, yenidən qurulub. Zabitlər üçün yaşayış binalaraı, sanatoriyalar tikilib istifadəyə verilib" - deyə X.Vəliyev söyləyib.
Hərbi prokurorun sözlərinə görə, prezidentin müvafiq sərəncamları ilə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının, hərbi rütbəyə görə maaşların və digər formada ödənilən xərclərin iki dəfə artırılması,həmçinin onların güzəştli ipoteka krediti almaları nəzərdə tutulub.
"Hərbi prokrorluğunun fəaliyyətinin əsas məqsədi - Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsinə, hərbi qulluqçular arasında nizamnamə qaydalarına ciddi əməl edilməsinə, ordumuzun döyüş qabiliyyətinin artırılmasına nail olmaqdan ibarətdir. Hərbi prokurorluq orqanlarının bu istiqamətdə fəaliyyətinin yaxşılaşdırılması nəticəsində silahlı qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluqun və hüqüq qaydalarının möhkəmləndirilməsi təmin olunub" - deyə hərbi prokuror bildirib.