...

Tezliklə Avropa Şurası baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsinin təyin ediləcəyi gözlənilir

Siyasət Materials 20 Aprel 2006 15:45 (UTC +04:00)

Yaxın vaxtlarda Avropa Şurası baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsinin təyin ediləcəyi gözlənilir. Bu barədə Trend ə AŞ-nin xüsusi nümayəndəsinin Bakı ofisindən məlumat verilib.

"Bu məsələ baş katib Terri Devisin bilavasitə səlahiyyətlərinə daxildir. Biz təyinatın ən yaxın zamanda həyata keçiriləcəyini gözləyirik", - deyə bürodan bildirilib.

Qeyd edək ki, Azərbaycanda missiyasını başa vurmuş AŞ baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq Strasburqda Trend in müxbiri ilə söhbətində tezliklə yeni xüsusi nümayəndənin təyin edilcəyi ilə bağlı məlumatı təsdiq edib. Ancaq onun sözlərinə görə, yeni nümayəndənin adı hələlik açıqlanmır.

Xəbər lenti

Xəbər lenti