...

Gəncədəki 39 saylı orta məktəbdə Mircəlal Paşayevin ad günü qeyd olunub

Siyasət Materials 25 Aprel 2006 17:49 (UTC +04:00)

Bu gün Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı orta məktəbdə yazıçının 98 yaşı münasibəti ilə tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Təhsil idarəsinin rəisi Cəlal Fətullayev, Kəpəz rayon icra hakimiyyətinin başçısı Çingiz Muxtarov iştirak edib.

Məktəbin şagirdləri Mircəlal Paşayevə həsr olunmuş bədii kompozisiyalar göstəriblər. Yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib.

Həmçinin 2 saylı Musiqi məktəbinin şagirdləri gözəl nəğmələrlə tədbir iştirakçılarını sevindiriblər.

Xəbər lenti

Xəbər lenti