...

Xoşbəxt Yusifzadə: Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan ehtiyatlar ikiqat arta bilər

Siyasət Materials 28 Aprel 2006 14:41 (UTC +04:00)
Xoşbəxt Yusifzadə: Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan ehtiyatlar ikiqat arta bilər

Bu günkü qiymətləndirmələrə görə, Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan ehtiyatlar "Şahdəniz" qaz-kondensat yatağının cənub-qərb hissəsində 4-cü qiymətləndirmə quyusunun (SDX-04) qazılması nəticəsində 1,5-2 dəfə arta bilər. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 28-də Azərbaycan Dövlət Neft Şirkətinin Geologiya və Geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, bu yataqdakı ehtiyatlar bu gün ARDNŞ-in işlədiyi ən iri qaz yatağı olan 5 "Bahar" yatağına bərabər ola bilər.

Hazırda 4200 metr sahə qazılıb. Quyunun layihə dərinliyi 7000 metrdir. Əvvəlki 3 kəşfiyyat və qiymətləndirmə quyusu "Mərhələ 1" çərçivəsində yatağın şimal hissəsində ehtiyatların qiymətləndirilməsi və konturlaşdırılması üçün nəzərdə tutulub.

SDX-04 quyusu yatağın cənub hissəsində ehtiyatların sərhədlərini qiymətləndirməyə və müəyyən etməyə imkan verəcək. Bundan başqa, daha dərində yerləşən potensial qaz ehtiyatlarını aşkar etmək üçün sınaqlar keçiriləcək. Yataqda qazma işləri "İstiqlal" qazma qurğusundan həyata keçirilir.

Hasilatın pay bölgüsünə dair sazişin iştirakçıları BP (operator - 25,5%), Statoil (25,5%), QNKAR (10%), LUKOil (10%), NICO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir. Şah Dəniz yatağı 50 m-dən 600 m-dək dərinlikdə, Bakıdan cənub-şərqdə yerləşir. Yatağa dair saziş 17 oktyabr 1996-cı ildə ratifikasiya edilib.

Xəbər lenti

Xəbər lenti