...

İƏT-ın sammitinə iki prezidentin gəlişi gözlənilir

Siyasət Materials 1 May 2006 19:11 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı sammitinə iki prezidentin - İran və Əfqanıstan prezidentlərinin gəlişi gözlənilir. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Gözlənildiyinə görə, Özbəkistan parlamentin spikeri, Türkiyə, Pakistan, Qazaxıstan baş nazirlər, Qırğızıstan baş nazirin müavini, Türkmənistan dövlət komitələrindən birinin sədri səviyyəsində təmsil olunacaq.

Sammit mayın 5-də Bakıda keçiriləcək. İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti