...

Ukrayna Regionlar Partiyası Gənclər Təşkilatının sədri YAP Gənclər Birliyini ölkəsinə səfərə dəvət edib

Siyasət Materials 13 May 2006 13:04 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Ukrayna Regionlar Partiyası Gənclər Təşkilatının sədri Viktor Yanukoviç hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyini ölkəsinə səfərə dəvət edib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Məlumatda o da bildirilib ki, ukraynalı qonaqları YAP-ın qərargahında partiyanın icra katibi, millət vəkili Əli Əhmədov qəbul edib. Daha sonra V.Yanukoviç YAP Gənclər Birliyinin sədr müavinləri Zaur Adıgözəlov, Emin Əliyev, Bəxtiyar Əsgərov, Samirə Quliyeva, İdarə Heyətinin üzvü Kamil Abbasovla görüşüb. Qonağın nəzərinə çatdırılıb ki, YAP 145 minə qədər gənci özündə birləşdirir.

V.Yanukoviç Azərbaycana etdiyi səfərdən məmnun qaldığını, Ukrayna və Azərbaycan gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, öz ölkəsinin Azərbaycan kimi güclü, etibarlı tərəfdaşa ehtiyacı olduğunu gizlətməyib.

I.Yanukoviç YAP Gənclər Birliyinin üzvlərini ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Ukraynaya dəvət edib. Qeyd edək ki, Ukrayna Regionlar Partiyası parlament seçkilərində qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti