...

İqbal Babayev: Azərbaycanda təkrar parlament seçkilərini baş tutmuş hesab etmək olar

Siyasət Materials 14 May 2006 12:19 (UTC +04:00)

Azərbaycanda 10 seçki dairəsi üzrə keçirilmiş təkrar parlament sçekilərini baş tutmuş hesab etmək olar. Trend in xəbər verdiyi kimi, bu barədə "Seçkilər" informasiya mərkəzinin rəhbəri İqbal Babayev bəyan edib.

Onun sözlərinə görə, qanunvericiliyə müvafiq olaraq, Azərbaycanda seçidə iştirak edən seçicilərin sayı ilə bağlı məsələdə kvoruma ehtiyac yoxdur. Buna görə də Seçki Məcəlləsinə əsasən, səsvermə baş tutmuş hesab olunur", - deyə İ.Babayev əlavə edib.

O, jurnalistlərin müvafiq suallarını cavablandıraraq ötən səsvermə ilə müqayisədə bəzi seçki dairələrində səsvermə zamanı seçicilərin aşağı fəallığını etiraf edib. Ancaq onun sözlərinə görə, bəzi dairələrdə seçicilərin fəallığı 6 noyabr 2005-ci il parlament seçkiləri zamanı səsvermə ilə müqayisədə daha yüksəkdir. Bununla əlaqədar, ötən ilki ilə müqayisədə bu səsvermənin nəticələrini aşağı hesab etmək olmaz", - deyə İ.Babayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti