...

AMİP-in qurultayı mayın 20-də keçiriləcək

Siyasət Materials 16 May 2006 17:01 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayının mayın 20-də keçirilməsi qərara alınıb. Bu barədə Trend ə partiya sədrinin səlahiyyətlərini icra edən Ayaz Rüstəmov məlumat verib.

O, bildirib ki, qurultayın keçirilməsi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb və Bakı Əyləncə Mərkəzi təklif olunub. Özəl obyekt olsa da, icra hakimiyyəti icazə verilmədlidir. Başqa obyektlərə hər dəfə müraciət edirik, lakin müsbət cavab alınmır.

Qurultayda sədr seçkisi olacağını deyən A.Rüstəmov bildirib ki, özü namizədliyini irəli sürəcək: "Mən artıq bəyan etmişəm ki, sədrliyə iddialıyam. Mənə alternativ olaraq namizədliyini hələ ki, bəyan edənlər yoxdur. Mənim özümün partiyanın Nizamnamə və strukturunda dəyişikliklərlə bağlı bəzi təkliflərim var. Əgər qurultay iştirakçıları struktur dəyişikliklərini qəbul etsələr, ola bilsin, ümumiyyətlə sədrliyə namizədliyimi irəli sürmədim. Çünki struktur dəyişiklikləri zamanı sədr postu ləğv oluna, yaxud başqa rəhbər orqanlar formalaşdırıla bilər. Yaxın günlərdə bu məsələlər təfərrüatı ilə müəyyən olunacaq".

Xəbər lenti

Xəbər lenti