...

Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 26 May 2006 17:34 (UTC +04:00)

Mayın 26-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonu qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FH naziri Kəmaləddin Heydərov səfirin diqqətinə çatdırıb ki, Azərbaycanla Fransa arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Bu işdə isə daha böyük və məsuliyyətli vəzifələr səfirlərin üzərinə düşür.

Səfir öz növbəsində qeyd edib ki, Fransa Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verir. Səfir Azərbaycanda son illər müxtəlif sahələrdə həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib. Fransalı diplomat Azərbaycanda səfir kimi üç aya yaxın müddətdə fəaliyyət göstərdiyini xatırladaraq iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafından məmnun qaldığını vurğulayıb.

K.Heydərov yeni yaradılmış FHN-nin müasir dövrə uyğun formalaşması istiqamətində görülən işlər barədə qonağa geniş məlumat verib. O, bildirib ki, Azərbaycandakı iqtisadi inkişaf, həyata keçirilən irihəcmli neft və qaz layihələri, aqrar-sənaye və tikinti sektorunda baş verən irəliləyişlər FHN-nin də qarşısında yeni vəzifələr qoyur.

"İnsanların təhlükəsizliyinin təminatında, fövqəladə halların vaxtında qarşısının alınmasında, qabaqlayıcı tədbirlərin görülməsində beynəlxalq təcrübənin tətbiqinə ciddi diqqət göstəririk" - deyə K.Heydərov söyləyib.

Xəbər lenti

Xəbər lenti