...

Azərbaycan və Tacikistan hərbi sahədə əməkdaşlığa dair saziş imzalayıb

Siyasət Materials 1 İyun 2006 14:41 (UTC +04:00)
Azərbaycan və Tacikistan hərbi sahədə əməkdaşlığa dair saziş imzalayıb

Trend in xəbər verdiyi kimi, iyunun 1-də Azərbaycan və Tacikistan müdafiə nazirləri Səfər Əbiyev və Şerali Xeyrullayev Bakıda hərbi sahədə əməkdaşlığa dair saziş imzalayıb.

Saziş müddətsizdir və iki ölkənin hərbi sahədə qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini əhatə edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qeyd edib ki, Azərbaycan və Tacikistan prezidentlərinin 2005-ci il dekabr görüşü iki dövlət arasında əməkdaşlığın inkişafına yeni təkan verib.

"Əminəm ki, bu saziş Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlığın inkişafına yeni təkan verəcək", - deyə S.Əbiyev bildirib.

O qeyd edib ki, Bakıda imzalanmış saziş sonuncu deyil və tezliklə hər iki ölkənin müdafiə sahəsində qarşılıqlı fəaliyyəti haqqında yeni sənədlərin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti