2006-cı ilin avqust ayında MDB ölkələrinin baş prokurorlarının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.
Toplantıda terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə ilə bağlı MDB dövlətlərinin Əməkdaşlıq Proqramının həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Bundan əlavə, iclasın gündəliyində yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin müdafiəsi sahəsində MDB üzv dövlətləri baş prokurorlarının əməkdaşlığına dair imzalanmış saziş layihəsinin vəziyyəti və bir sıra digər məsələlərin müzakirəsi də gözlənilir.