...

Reymond Konvey: AYİB-in "Qarabağ Sement"ə əlavə investisiya yatırması Azərbaycandakı investisiya mühitindən asılıdır

Siyasət Materials 9 İyun 2006 20:00 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Reymond Konveyin Trend ə verdiyi məlumata əsasən, AYİB Qaradağ sement zavoduna əlavə investisiyaların qoyulması barədə qərar qəbul edə bilər ki, bu da Azərbaycandakı investisiya mühitindən asılıdır.

"Hazırkı mərhələdə sement zavodunun kapitalında iştirak nəzərdən keçirilir. Lakin əgər kreditin verilməsi haqqında qərar qəbul olunarsa, Garadag Cement maliyyə üçün müraciət edəcək. Kreditin həcmi zavodun öz qərarından asılı olacaq" - deyə R.Konvey qeyd edib.

AYİB Direktorlar Şurasının Garadag Cement SC-də 20%-lik iştirak payının 10 mln. ABŞ dollarına alınması məsələsini iyulun 11-də müzakirə edəcək.

AYİB 1999-cu ildə Garadag Cement zavodunu özəlləşdirmiş İsveçrənin Holcim şirkəti səhmlərinin bir hissəsini alacaq. Şirktəin sərəncamında 89,4% səhm var, qalan hissə isə kiçik səhmdarların əlindədir. AYİB 5-7 illik müddətə səhmdarların tərkibinə daxil olamaq niyyətindədir. 2010-cu ilə qədər sement zavodu Avropanın ekoloji standartlarına uğunlaşmağı planlışdırır ki, buna da $100-110 mln həcmində investisiya tələb olunur.

Xəbər lenti

Xəbər lenti