...

İqbal Ağazadə: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi təkrar bələdiyyə seçilərində blok şəklində iştirak edə bilər"

Siyasət Materials 22 İyun 2006 17:02 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə (MSƏM) daxil olan partiylar oktyabrın 6-da 141 bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə birgə iştirak edə bilər. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olanÜmid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə bildirib ki, bu məsələ iyunun 28-də MSƏM Sədrlər Şurasının keçirəcəyi iclasında müzakirə olunacaq: "Optimal variant budur ki, partiyalar bələdiyyə seçkilərində birgə iştirak etsinlər. Çünki o qədər də çox dairədə seçkilər keçirilməyəcək. Həm ortaq maraqları müəyyənləşdirmək mümkündür, həm də mərkəzdə əməkdaşlığın sərhədləri imkan verir ki, partiyalar seçkilərə birgə qatılsınlar".

Qeyd edək ki, MSƏM-ə Ümid Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Tərəqqi Partiyası və Milli Dirçəliş Hərəkatı daxildir.

Xəbər lenti

Xəbər lenti