...

İyunun 29-da AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 27 İyun 2006 13:33 (UTC +04:00)
İyunun 29-da AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində iyunun 29-da günün ikinci yarısında Dağlıq Qarabağ üzrə Alt Komitənin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasında Ermənistanı bu ölkənin spikeri və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tiqran Torosyan, Azərbaycanı isə nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov təmsil edəcək: "Eyni zamanda iclasda komitənin rəhbəri lord Rassel Conson və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər".

Millət vəkili onu da qeyd edib ki, Finlandiya, İtaliya, Türkiyə və bir neçə dövlətin nümayəndəsinin də iştirak etdiyi iclasda Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti