...

Baş Prokurorluq və DİN birgə bəyanat yayıb

Siyasət Materials 30 İyun 2006 20:02 (UTC +04:00)

Azərbaycanda ictimai asayişin qorunması, ağır cinayətlərin aşkarlanması və cinayətkarların axtarışı üzrə uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri görulur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin cari ilin iyunun 30-da yaydığı bəyanatda deyilir.

Belə ki, 2006-cı ilin iyunun 11-də naməlum şəxslər tərəfindən Nəsimi rayonu 19 saylı orta məktəbin 9-cu sinif şagirdi İldırım Məhərrəmov metronun "Memar Əcəmi" stansiyası qarşısında oğurlanıb. Cinayətkarlar yeniyetmənin azad olunması müqabilində 30 min dolla tələb edib. DİN, Baş Prokuroroluq, Bakı Şhər Baş Polis və Yasamal Rayon Polis idarələrinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupunun keçirdiyi tədbirlər nəticəsində yeniyetmə bir gün sonra azad edilib. Cinayətkar qrupun üzvləri Həsən Əzizov və Ramil Qurbanov Bakı şəhərində, Elməddin Məmmədov və cinayətin təşkilatçısı olan zərərçəkmişin qohumu Samir Qurbanov isə İmişli rayonu ərazisində yaxalanıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Analoji cinayət Ağcabədi rayonunda qeydə alınıb. 2005-ci ilin dekabrın 8-də rayonun Kəbirlik kəndində yaşayan 14 yaşlı qız bir qrup naməlum şəxs tərəfindən oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Nurəddin Abdulov, Saməddin Nağıyev və Şamil Abdulov cari ilin fevralın 14-də həbs edilib.

Bununla yanaşı, 2006-cı ilin fevralın 12-də Kürdəmir rayonu Karar kənd sakini, 10 yaşlı Bəhruz Bağırzadəni oğurlayıb qətlə yetirən Kürdəmir və Laçın rayon sakinləri Səbuhi Dəmirov, Elsevər Məmmədov və İsmayil Quliyev saxlanılıb.

Cari ilin fevralın 15-də itkin düşmüş Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakini, azyaşlı Aynur Əliyevanın meyiti tapılıb. İki ay sonra cinayəti törətmiş Tərtər rayonu sakini Nurlan Əhmədov həbs olunub.

23 may 2006-cı il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhər sakinləri Qafur Kərimovun və əvvəllər məhkum olunmuş Cahangir Kərimovun 2003-cü il iyunun 24-də Ağsu şəhər sakini Vazeh Babaşovu odlu silahla qətlə yetirməsi müəyyən edilib.

Polis həmçinin 2006-cı ilin iyunun 8-də Xırdalan qəsəbəsində Rüstəmovlar ailəsinə hücum edən Abşeron rayon sakini Rəşad Tağıyevı həbs edib. R. Tağiyev üç az yaşlı uşağa bıçaqla ağır bədən xəsərəti yetirib.

2006-cı ilin iyunun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ağarəşid Əliyev 7 kq marixuananı satarkan tutulub. Onun mənzilinə baxış zamanı əlavə olaraq 3 kq marixuana aşkarlanıb.

Fevralın 9-da Gürcüstan vətəndaşları David Malikaşvili, David Berikişvili və David Xvadadiani yaxalanıb. Onlardan 10 qr heroin, 347 min avro, 685 dollarov və xeyli sayda qızıl-zinət əşyaları görülüb. Qrupun digər üzvləri Dito Sadjaia, Qulbat Qotuşadze və Qoça Eradzenin üzərində daha 9 qr heroin tapılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin başçısı , əvəllər məhkum olunmuş, cinayətkar aləmində "Boksyor" ləqəbilə tanınan Gürücstan vətəndaşı Aftandil Xevqurmani də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti