...

Azərbaycan prezidenti York hersoqunu qəbul edib

Siyasət Materials 30 İyun 2006 20:39 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da York hersoqu, şahzadə Endryunu qəbul edib. Görüş zamanı Endryu ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyində olduğunu bildirib. Qonaq Ceyhan limanından Xəzər nefti ilə doldurulmuş ilk tankerin göndərilməsinin vacibliyini vurğuluyaraq deyib ki, onun səfərinin məqsdəi respublikanın gələcək inkişaf planları ilə tanışlıqdır.

İ.Əliyev York hersoqunun ötən ilki bakı səfərini məmnunluqla xatırlayıb. Azərbaycan bu yaxınlarda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən dövlət başçısı ölkəmizdə qlobal enerji layihələrinin uğurla həyata keçirildiyini bildirib.

Səfər zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti