...

Nazim İbrahimov: "Disapor işində ortaya elə bir qüvvə çıxarmışıq ki, heç kəs bizə mane ola bilməz"

Siyasət Materials 5 İyul 2006 13:15 (UTC +04:00)
Nazim İbrahimov: "Disapor işində ortaya elə bir qüvvə çıxarmışıq ki, heç kəs bizə mane ola bilməz"

"Azərbaycan diasporunun fəaliyyəti bu gün artıq arxa cəbhədən ön cəbhəyə çıxıb. İndi əminliklə söyləyə bilərəm ki, erməni lobbisi bizim disapor işimizdən narahat olmağa başlayıb".

Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O, qeyd edib ki, 4 il əvəl - 2002-ci il iyulun 5-də prezident Heydər Əliyev imzalanan fərmanla bu Komitə yaradılıb və bununla disaspor işi dövlət səviyyəsinə qaldırılıb. Bundan sonra diasporla əlaqəli işlər prezidentin nəzarəti, qayğısı altında həyata keçirilib. N.İbrahimovun sözlərinə görə, Ermənistanın dünyanın müxtəlif ölkələrində fəaliyyətdə olan nümayəndələri erməni diasporunu daha aktiv olmağa çağırırlar və bildirirlər ki, əgər onlar aktiv fəaliyyətə başlamsalar, Azərbycan diasporu ermənilərin 100 ildə gördüyü işləri sıfıra endirəcək: "Bu, doğrudan da həqiqətdir. Əgər ermənilər bizim işimizə reaksiya verirlərsə, qarşı çıxırlarsa, deməli, biz ciddi iş görməyə başlamışıq. Bizim üçün strateji əhəmiyyəti olan işləri, Azərbaycan-türk disporunun birliyini həyata keçiririk. Ermənilər bundan sonra daha da narahat olacaqlar. Amma ortaya elə bir qüvvə çıxarmışıq ki, heç kəs bizə mane ola bilməz".

N.İbrahimov qeyd edib ki, diasporumuz bu gün ümumilli maraqlarımız və Azərbycan prezidenti ətrafında sıx birləşiblər. Komitə sədri dövlətin diasporumuzdan çox şey tələb etmədiyini və onlardan Azərbaycan Respublikasının daxili həyatı üçün heç nə ummadığını deyib: "Onlardan yalnız Azərbaycan dövləti ətrafında sıx birləşib ölkəmizin dünyada tanınması, problemlərimizin həlli istiqamətində birgə səy göstərməyimizi istəyirik. Bu işdə dövlət qurumu olaraq biz diasporumuza yardımçı olmağa hazırıq. Dövlətin bizə qayğısı çoxdur, il ərzində prezident öz sərəncamları ilə Komitəyə köməkliyini göstərir. Lazım olanda ştat da, büdcədən maliyyə vəsaiti də artırılıb. Dövlət Komitəsinin fəaliyyətinə prezidentin xüsusi diqqəti var. Bu qədər diqqət bizə avans kimi verilir və bizi daha çox çalışmağa, məsuliyyətli olmağa çağırır".

Komitə sədri bildiri ki, ziyalıları, dövlət xadimlərini, nüfuzlu şəxsləri cəlb etməyə nail olsaq, diaspor işi keyfiyyətcə yüksək səviyyəyə qaldırılar: "Bundan sonra diasporumuzu Azərbaycan Respublikasından idarə etməyə ehtiyac olmayacaq. Çünki onlar özləri Azərbycanda nələr baş verdiyini, iqtisadi inkişafı, aparılan siyasəti dərindən bilirlər. Diaspor işini yüksəltdikdən sonra biz onlarla koordinasiyanın başqa formasına keçəcəyik".

Xəbər lenti

Xəbər lenti