...

Natiq Əliyev: "Gürcüstana veriləcək əlavə Azərbaycan qazının qiymətindən danışmaq hələ tezdir"

Siyasət Materials 5 İyul 2006 15:10 (UTC +04:00)
Natiq Əliyev: "Gürcüstana veriləcək əlavə Azərbaycan qazının qiymətindən danışmaq hələ tezdir"

"Hazırda Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstana veriləcək əlavə qazın qiymətindən danışmaq hələ tezdir". Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 5-də jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, qiymətlər dünya bazarında formalaşır və Azərbaycanın Rusiyadan idxal etdiyi qazın qiyməti də dünya qiymətlərindən asılıdır.

"Biz gələn il Rusiya qazının hansı qiymətə olacağını bilmirik və təbii ki, qazı baha qiymətə alaraq ucuz satmayacağıq", - deyə o bildirib.

Nazir onu da qeyd edib ki, Azərbaycan Rusiya qazını Gürcüstana ixrac etməyə hazırlaşmır. "Bu ölkəyə Azərbaycan qazı satılacaq. Qiymətlər isə müəyyən edilmiş normalara uyğun olaraq tənzimlənəcək", - deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti