...

Bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyaları üçün seminar-müşavirələr keçiriləcək

Siyasət Materials 7 İyul 2006 17:56 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının üzvləri Azərbaycanın bölgələrində aşağı seçki komissiyaları üçün seminar-müşavirələr keçirəcəklər. Trend in məlumatına görə, bu barədə iyulun 7-də keçirilmiş Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov açıqlama verib.

O, oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bölgələrdə seminar-müşavirələr keçirilməsi üçün proqram tərtib olunduğunu deyib. M.Pənahov MSK üzvlərinə seminar-müşavirələrin vaxtının təyin olunması tapşırığını verib. MSK sədri bildirib ki, bu tədbirlərə artıq iyulun 11-dən başlanılmalıdır. M.Pənahov Naxçıvan Muxtar Respublikasında da seminarların keçirilməsinə dair tapşırıq verib.

Qeyd edək ki, MSK üzvləri aşağı seçki komissiyalarının sədrləri və üzvlərini bələdiyyə seçkilərinə dair maarifləndirəcəklər.

Xəbər lenti

Xəbər lenti