...

"İrəvan" Azadlıq Təşkilatının üzvləri BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan üzrə nümayəndəsi ilə görüşəcək

Siyasət Materials 12 İyul 2006 13:43 (UTC +04:00)

"İrəvan" Azadlıq Təşkilatının üzvləri BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan üzrə nümayəndəsi Vilyam Tolla görüşəcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın sədri Təbriz Musayev bildirib.

Görüşdə məqsəd 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən 200 mindən çox azərbaycanlıya qaçqın statusunun verilməsi məsələsini müzakirə etməkdir. T.Musayev onu da bildirib ki, onlar mart ayında BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan üzrə nümayəndəsi ilə bir neçə dəfə görüşsələr də, heç bir nəticə əldə etməyiblər: "Yenidən görüşmək üçün ona müraciət etmişik. Bu həftə ərzində görüşəcəyimiz istina olunmur".

T.Musayve əlavə edib ki, BMT-nin qaçqınlar haqqında xüsusi illik hesabatında Azərbaycanda 8 min qaçqının olduğu göstərilib: "Biz isə bu rəqəmlə razı deyilik. Ona görə də bu məsələyə BMT səviyyəsində yenidən aydınlıq gətirilməlidir. Azərbaycanda 1988-ci ildə baş verən məlum hadisələr nəticəsində indiki Ermənistan adlanan Qərbi Azərbaycandan 200 mindən çox qaçqının məskunlaşmasını sübut etməliyik".

Qeyd edək ki, "İrəvan" Azadlıq Təşkilatı 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən azərbaycanlılar tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti