...

Bahar Muradova: "Milli Məclisin yaz sessiyasının qanunvericilik planından yerinə yetirilməyən işlərə payız sessiyasında baxılacaq"

Siyasət Materials 14 İyul 2006 19:03 (UTC +04:00)
Bahar Muradova: "Milli Məclisin yaz sessiyasının qanunvericilik planından yerinə yetirilməyən işlərə payız sessiyasında baxılacaq"

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planından yerinə yetirilməyən işlərə, qanun layihələrinə parlamentin payız sessiyasında baxılacaq. Bu barədə Trend ə Milli Məclisin sədr müavini Bahar Muradova məlumat verib.

O bildirib ki, hazırkı yay mösümündə cəmiyyəti narahat edən, parlamentin iclaslarında qaldırılan, müzakirə predmeti olan məsələlər, vaxtı çatmış qanun layihələri müzakirəyə çıxarılması üçün hazırlanır. "Bunlar çoxdan bəri öz həllini gözləyən məsələlərdir. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsini də parlamentin payız sessiyasının gündəliyinə daxil edəcəyik".

Xəbər lenti

Xəbər lenti