...

Mirmahmud Mirəlioğu: "Klassik Xalq Cəbhəsi Partiyası Güney Azərbaycanla bağlı bəyanat və müraciətdən ibarət layihə hazırlayır"

Siyasət Materials 17 İyul 2006 17:28 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Güney Azərbaycanda baş verən hadisələrlə bağlı bəyanat və müraciətdən ibarət layihə hazırlayır. Bu barədə Trend ə partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O bildirib ki, KXCP-nin İdarə Heyəti Güney Azərbaycanda baş verən hadisələrlə əlaqədar xüsusi bir layihə hazırlayıb. Həmin sənədin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar tərəfindən imzalanması və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur. Sənəddə İranda yaşayan çoxmilyonlu azərbycanlıların hüquqlarının qorunması, onlara qarşı təzyiqlərə son qoyulması kimi tələblər yer alacaq, Güneydə baş verən hadisələr əksini tapacaq.

Mirmahmud Mirəlioğlu deyib ki, KXCP siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin Güneylə bağlı vahid mövqedən çıxış etməsinə, beynəlxalq qurumlara birgə müraciətlər ünvanlamasına çalışacaq: "Bununla əlaqədar olaraq siyasi partiyaların rəhbərləri ilə görüşüb fikir mübadiləsi aparacağıq, Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi, belə bir bəyanat və müraciətin imzalanmasını müzakirə edəcəyik. Başqa partiyaların bizim layihəyə əlavə və düzəlişləri də ola bilər. Hamı tərəfindən qəbul olunan vahid bir sənəd ortaya çıxarılmasına çalışacağıq və güman edirik ki, Güneyli soydaşlarımıza dəstək verənlər, onların haqlarının qorunmasını istəyənlər bizə qoşulacaqlar. Amma əgər bu, alınmasa, Klassik Xalq Gəbhəsi Partiyası özü fərdi şəkildə bu sənədləri hazırlayıb beynəlxalq təşkilatlara - BMT, AŞPA, ATƏT və başqa qurumlara göndərəcək"-deyə M.Mirəlioğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti