...

Rene Van der Linden: "AŞPA təəssüflənir ki, Azərbaycanda bəzi müxalifət partiyaları təkrar seçkiləri boykot edərək bununla seçim məhdudiyyəti yaradır"

Siyasət Materials 19 İyul 2006 19:41 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) təəssüflənir ki, Azərbaycanda bəzi müxalifət partiyaları təkrar seçkiləri baykot edərək bununla seçim məhdudiyyəti yaradır. Trend xəbər verir ki, bu barədə "Azadlıq" bloku liderlərinin və bir sıra QHT rəhbərlərinin iyunun 23-də AŞPA prezidenti Rene Van der Lindenə ünvanlanan məktuba cavabda bildirilib.

Onu da bildirək ki, məktuba cavab AŞPA perzidenti tərəfindən verilib. Məktubda daha sonra qeyd olunub ki, AŞPA Azərbaycanın əməkdaşlıq yolu ilə inkişafa və uğura nail olacağına inanır. Rene Van der Linden inandığını bildirib ki, AŞPA-nın 2007-ci ilin yaz sessiyasında Azərbaycanla bağlı aparılan monitorinqin nəticələri qurumun hazırladığı hesabatda öz əksini tapacaq.

Məktubda daha sonra bildirilir ki, müxalifət və vətəndaş institutları demokratik cəmiyyətdə rolunu dərk edərək siyasi diskussiyalarda tərəfliliyə və xalqa münasibətlərə üstünlük verməlidir. Ancaq təəssüflər olsun ki, bəzi müxalifət partiyaları təkrar seçkiləri boykot edərək bununla seçim məhdudiyyəti yaradır.

Qeyd edək ki, AŞPA prezidentinə ünvanlanan məktubda Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi məsələləri əksini tapmışdı.

Xəbər lenti

Xəbər lenti