...

Nazir İsmət Abbasov: "Kənd təsərrüfatı yarmarkasının nəticəsi olaraq bazarlardakı qiymətlərin monitorinqini aparacağıq"

Siyasət Materials 22 İyul 2006 14:36 (UTC +04:00)
Nazir İsmət Abbasov: "Kənd təsərrüfatı yarmarkasının nəticəsi olaraq bazarlardakı qiymətlərin monitorinqini aparacağıq"

"Əgər yarmarkaların bazar qiymətlərinə təsiri olsa, mütəmadi olaraq belə yarmarkalar keçirəcəyik". Trend AzTV-yə istinadən xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının yarmakasında iştirak edən nazir jurnalistlərə açıqlama verib. O, bildirib ki, insanlar bu yarmarkaya çox həvəslə gəlirlər, istədikləri məhsulu alırlar. İsmət Abbasovun sözlərinə görə, yarmarkada məhsulların qiyməti ən azı iki dəfə aşağıdır: "Belə yarmarkalar Bakıda 12 yerdə keçirilir. Yarmarkalar üçün 15 kənd və rayondan məhsullar Bakıya gətirilib. Yarmarkaların nəticəsi olaraq biz bazarlardakı qiymətlərin monitorinqini aparacağıq. Əgər bu yarmarkaların bazar qiymətlərinə təsiri olsa, mütəmadi olaraq belə yarmarkalar keçirəcəyik"-deyə kənd təsərrüfatı naziri qeyd edib.

Xəbər lenti

Xəbər lenti