...

AMİP-in yeni katibləri təyin olunub

Siyasət Materials 28 İyul 2006 16:14 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov partiyanın yeni katiblərini təyin edib. Bu barədə "Trned"ə AMİP-dən məlumat verilib.

Qeyd edək ki, AMİP-in icra strukturuna beş katiblik daxildir və onları partiyanın baş katibi təyin edir. AMİP-in təşkilat katibi Nazim Ələsgərov, mətbuat və təbliğat katibi Əli Orucov, bələdiyyələrlə iş üzrə katib Elşən Mustafayev, maliyyə işləri üzrə katib Vaqif Məmmədov təyin edilib. Bir yer - beynəlxalq əlaqələr üzrə katib postu isə vakant saxlanılıb.

Bununla da AMİP-in icra strukturu və tərkibi formalaşdırılıb. Partiyanın Siyasi Şurası isə katibliyə bəzi tapşırıqlarını verib. Belə ki, Siyasi Şuranın iclasında AMİP lideri Etibar Məmmədovun Güney Azərbaycanla bağlı ölkənin ictimai-siyasi qurumlarına ünvanladığı müraciət müzakirə olunub. Katibliyə bununla əlaqədar tədbirlər planı hazırlaması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti